İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik etdi

P0NIFKbJalf3NwVa75yRkZdptvdSOzlK896zcKKT_1200

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikaraqua Respublikasının Həmprezidentləri Daniel Orteqa Saavedraya və Rosario Murilyoya təbrik məktubu ünvanlayıb.

Olkemedia AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

“15 Sentyabr – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan-Nikaraqua əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi, həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

İlham Əliyev