15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istədilər – Polis işə qarışdı

tiBAdvhy5dCyDGvcOGbkvqt2qY05Jr7dckv110qJ_600

Quba rayonunda 15 yaşlı qızın 1990-cı il təvəllüdlü şəxsə ərə verilməsinin qarşısı alınıb.

Olkemedia xəbər verir ki,Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Quba Rayon Polis Şöbəsində qanunsuz əməlin təşkilində təqsiri olan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri davam etdirilir.

Erkən nikah

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Cinayət işi