Birinci Qarabağ müharibəsinin dörd itkin-şəhidi dəfn olunacaq

Ua1YK8GbokXWQjFDwdKcLGwKUL41umHWl0MD6Cxo_1200

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhid dəfn olunacaq.

Olkemedia xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhidlərin dördü də hərbçidir. Onlar Murad Məlikməmməd oğlu Vəliyev, Cəlal Xankişi oğlu Abdullayev, Ayaz Əsgəralı oğlu Zərbəliyev, Vəkil Möylan oğlu Qayıbovdur.

Şəhid dəfni

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Birinci Qarabağ müharibəsi