Avqust ayında 23 aptekdə yoxlama keçirilib – Nöqsanlar aşkarlandı

PuyJpIjcobEXeW19CENIp68yYJ6iEsooQWXargMv_1200

2025-ci ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 23 aptekdə yoxlama həyata keçirilib.

Olkemedia xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Bildirilib ki, bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Aparılmış yoxlamalar nəticəsində beş aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Apteklərdə monitorinqlər

Səhiyyə Nazirliyi

Analitik Ekspertiza Mərkəzi (AEM)