Ağcabədidə 5 kiloqram marixuana satmaq istəyən şəxsi polis saxladı

WhatsApp Şəkil 2025-09-03 saat 14.00.36_2568e9e2

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Olkemedia xəbər verir ki, Tədbir zamanı əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb.
Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.