Mingəçevirdə müəllimə təqaüdə göndərildi.

IMG-20250902-WA0176

Olkemedia xəbər verir ki,Mingəçevir şəhəri Şəhid Milli Qəhrəman Natiq Qasımov adına 4 saylı tam orta məktəbdə uzun illər gənc nəslin yetişməsinə böyük zəhmət sərf edən fizika müəlliməsi Bəkirova Mehriban təqaüdə yola salınıb.

Müəlliməni həmkarları sevgi və hörmətlə əhatə edərək onun şərəfli pedaqoji fəaliyyətini yüksək qiymətləndiriblər. Tədbir məktəbin direktoru Zaur Müseyibovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Kollektiv üzvləri və direktor müavinləri də tədbirdə çıxış edərək müəlliməyə xoş arzularını bildiriblər. Həmçinin hədiyyələr təqdim olunub, tort kəsilərək səmimi anlar yaşanıb.

Qeyd edək ki, Bəkirova Mehriban Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Şəhid Bəkirov Mehman Mayıl oğlunun həyat yoldaşıdır. Qəhrəman həyat yoldaşının şərəfli ömür yolunun davamı kimi, müəllimənin illərlə göstərdiyi fədakarlıq, gənclərə verdiyi tərbiyə və bilik dəyərli bir irs olaraq hər kəsin qəlbində yaşayır.

Kollektiv bildirib ki, Bəkirova Mehriban şagirdlərinin və həmkarlarının yaddaşında daim nümunəvi pedaqoq, vətənpərvər qadın və dəyərli insan kimi qalacaq.

Qeyd edək ki, Bəkirova Mehribanın Şəhidimizdən yadigar 2 oğlan övladı var. Bizdə Olkemedia.az xəbər portalı olaraq Mehriban müəlliməyə uzun illər göstərdiyi pedaqoji fəaliyyətə görə dərin təşəkkür edir, gələcək həyatında uğurlar arzulayırıq.Həyat yoldaşı olan Qəhrəman Şəhidimiz Bəkirov Mehmana rəhmət diləyirik.