Mingəçevir BƏDBƏXT HADİSƏ:

download

Mingəçevir şəhərində qadın iş yerində ağır xəsarət alıb.

Olkemedia xəbər verir ki, hadisə Mingəçevir Toxuculuq Kombinatında baş verib.

Şəki rayon sakini və Mingəçevirdə yaşayan, 1995-ci il təvəllüdlü Nəzrin Heydərəlizadə bu gün gecə saatlarında toxuculuq kombinatında dəzgahda iş görərkən əli dəzgaha düşüb. Qadın xəstəxanaya çatdırılıb və onun sol əlinin 3 barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Bədbəxt hadisə

Mingəçevir şəhəri