Külli miqdarda pirotexniki vasitələr və tütün məmulatları aşkar edildi

kcURWg4PRFMsXHSWN7BEDtzBKLQJXaEG6zZsBYwH_1200

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin və tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Olkemedia xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

“Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkə ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı avtomobildən gömrük orqanlarına bəyan olunmayan, ümumilikdə 247 qutu müxtəlif adda pirotexniki vasitə və 350 qutu tütün məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qaçaqmalçılıq

Pirotexniki vasitələr

Tütün məhsulları

Dövlət Gömrük Kom