Astarada 10 aylıq körpə türkəçarənin qurbanı oldu

Ca1MB062CKL1HyC2x1vrAp8M15LdAbtMKS4WLvUo_1200

Astarada 10 aylıq körpə ölüb.

Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, Astara rayonunun Siyəkü kənd sakini – 2024-cü il təvəllüdlü körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti yüksəlib, körpənin valideynləri zəhərləndiyini düşünərək ona sodalı su içiriblər.

Halı daha da pisləşən körpəni yaxınları əvvəlcə Şürük kənd xəstəxanasına, oradan da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Körpə ölümü

Ölüm hadisəsi

Astara rayonu