Ucarda fərdi yaşayış evi yanıb

z6XFyPsGbRisWpXyr4UawfakS0qT8WGkeOyZQhWu_1200

Olkemedia APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaracallı kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Əlizadə Əjdər oğlu Məmmədova məxsus birmərtəbəli, iki otaq və yarımtikilidən ibarət evdə güclü yanğın baş verib.

Yanğın nəticəsində ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.

Yanğın hadisəsi

Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidməti