Bakının mərkəzi küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

NgCmUY7njgMjwwyOF8ctILknB0BL19izy2yCji8d_1200

Bakının Nəsimi rayonunun Rəşid Behbudov küçəsinin 28 May küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah 06:00-dan 23:00-a qədər həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Olkemedia bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Nəsimi rayonu

Rəşid Behbudov küçəsi

28 May küçəsi