Bakıda sexdə DƏHŞƏT: Ustasını söyüşə görə bıçaqladı

1573454033.bıçaqlanma

Bakıda mebel sexində bıçaqlanma hadisəsi olub.

Olkemedia  Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən “Lallar fabriki”nin yaxınlığındakı sexdə qeydə alınıb.

Burada usta köməkçisi işləyən 19 yaşlı Fərid onu təhqir edən ustası Elnuru bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, həyatını xilas etmək mümkün olub.

Fərid saxlanılıb və barəsində yekun olaraq, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə Fərid 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qəsdən sağlamlığa zərərvurma

Bıçaqlanma hadisəsi

Binəqədi rayonu

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Bakı Ağır Cinayətlər Məhkəməsi