Prezidentin şiddətli töhmət verdiyi icra başçısı danışdı

1756490550.orxan12

21:58 29-08-2025

CƏMİYYƏT

“Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz”.

Olkemedia xəbər verir ki, bunu gununsesi.info-ya açıqlamasında Prezident İlham Əliyevin şiddətli töhmət verdiyi Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə deyib

İcra başçısı bildirib ki, ölkə başçısının bu qərarından ciddi nəticə çıxaracaq: “İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab Prezidentin etimadını doğruldum”.