Yevlaxda 16 yaşlı oğlan bıçaqlandı

1573454033.bıçaqlanma

Olkemedia xəbər verir ki, 2005-ci il təvəllüdlü Qeys Yolçuyev mübahisə zəmnində 2009-cu il təvəllüdlü H.Qasımova bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Q.Yolçuyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.