Prezidentdən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə bağlı FƏRMAN

AVhJWsQPkUxIX8FFcE8D4tYwgAVP5XQirgTnhC3k_1200

Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonları ilə yanaşı, Xankəndi şəhəri və Ağdərə rayonunun da inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.

Olkemedia President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında nəzərdə tutulur.

Həmçinin dəyişikliklə Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi artıq Bərdədə deyil, Xankəndi şəhərində yerləşəcək.

Bu Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabineti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub.

İlham Əliyev

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi

Cəbrayıl

Şuşa

Nazirlər Kabineti

Ağdərə rayonu

Xankəndi şəhəri