Yevlaxda oğlu tərəfindən bıçaqlan kişi vəfat etdi
Olkemedia xəbər verir ki, ötən gün oğlu tərəfindən bıçaqlanan Hüsü Talıbov xəstəxanada vəfat edib.
Qeyd edək ki, hadisə Havarlı kəndində ailə münaqişəsi zəminində 36 yaşlı oğlu tərəfindən bıçaqlanan 1959-cu il təvəllüdlü kənd sakini Hüsü Qara oğlu Talıbov aldığı çoxsaylı ağır bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunmuşdu.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.