Paytaxtda 35 min manat dəyərində günəş panellərini oğurlayan şəxslər saxlanılıblar

87goH2XCnO8gRPHTKj2vJ9zYKkQtvxTUeFvwCjx9_1200

Xəzər rayonunda talama cinayəti qeydə alınıb.

Olkemedia xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Qala qəsəbə sakininin ərazisindən 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İ.Məmmədov, 29 yaşlı A.Eyvazov və 24 yaşlı İ.Bünyadov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.