Hikmət Hacıyev Türkiyə səfiri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

8GGac9GWddl5H3omh9fK7vUNbAv4zPBfQlZMlpt4_1200

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Olkemedia.Az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı cari məsələlər, o cümlədən Türkiyə və Azərbaycan üçün ümumi maraq kəsb edən regional inkişaflar ətraflı müzakirə edilib.