Tovuzda 75 yaşlı qadını avtomobil vuraraq öldürdü
Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olkemedia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu keçmək istəyən 1950-ci il təvəllüdlü S.Mejdinovanı vurub və piyada hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
