FHN: Evi yararsız vəziyyətə düşən ailəyə çadır quruldu.
Kürdəmir rayonunun Sığırlı kənd sakini Rza Qardaşxan oğlu Ağamalıyevə məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşüb.
Olkemedia xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumat əsasında FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.


