Emin Əmrullayevə Gürcüstanda “Fəxri doktor” adı verildi 

UoPJcMR0sT7PaucB6u8Lsa3PzXcPdlKlaLtOl0d9_1200

Elm və təhsil naziri Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin fəxri doktoru adı ilə təltif olunub.

Olkemedia Oxu.az-a istinadən xəbər verir ki, Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə birgə Gürcüstanın Texniki Universitetində olub, tərəflər ali təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Gürcüstanın Texniki Universitetinin rektoru David Qurqenidze sözügedən universitetlə Azərbaycanın ali təhsil müəssisələri arasında akademik və elmi əlaqələrin inkişafına verdiyi görkəmli töhfəyə görə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevi Gürcüstanın Texniki Universitetinin fəxri doktoru adı ilə təltif edib.