Gəncədə avtomobil divara çırpılıb, iki nəfər xəsarət alıb

gI3pJPbsPp8NmK3o01elaROVtkSYoolySOUx3bAr_1200

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Qəza zamanı 2 nəfər – 1999-cu il təvəllüdlü R.Namazov və 2006-cı il təvəllüdlü G.Hüseynova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.