Cəlilabadda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub
30.11.2025-ci il tarixində saat 13:00 radələrində xəsarət alması səbəbilə 1990-cı il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bunları APA-nın yerli bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər.
Məlumata görə, kişiyə döş qəfəsinin, ürək nahiyəsinə nüfuz edən kəsilmiş, deşilmiş iti alət yarası, ürəyin tomponadası, daxili qanaxma və hemorragik şok 3-4 diaqnozu təyin edilib.
Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 14:30 radələrində ölüm faktı qeydə alınıb.