Qadın iş yerinin önündə bıçaqlandı – Qardaşı saxlanıldı

mDQNjLCtnyIFTDRG2b2TNbTSILVhORlUupAIWcGp_1200

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Olkemedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Minayə Nəbiyeva bıçaqlanıb.

Hadisə zərərçəkən şəxsin ofisiant işlədiyi, Şəmkir şəhəri ərazisində yerləşən kafenin qarşısında baş verib.

Xəsatəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.

Hadisəni törətməkdə M.Nəbiyevanın 20 yaşlı qardaşı Nurlan Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.