Qubada avtomobil Hindistan vətəndaşını vuraraq öldürüb

gI3pJPbsPp8NmK3o01elaROVtkSYoolySOUx3bAr_1200

​Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib.

Avtomobil 1985-ci il təvəllüdlü, Hindistan vətəndaşı Mansur Xanı vurub. Xəsarət alan şəxs dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.