Kamçatkada daha bir güclü zəlzələ oldu

ODOZbZKj90I6ynzBok1KFzyUJIXskO3DbuPONJDs_1200

Rusiyanın Kamçatka bölgəsində 5.7 maqnitudalı zəlzələ qeydə alınıb.

Olkemedia.az  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Seysmik hadisə Petropavlovsk-Kamçatsk şəhərindən 165 kilometr aralıda olub. Yeraltı təkanların ocağı 17 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, dünən Kamçatka bölgəsinin akvatoriyasında maqnitudası 3.7-6.9 arasında dəyişən bir neçə zəlzələ qeydə alınmışdı.