ABŞ-nin dövlət katibi Ermənistana səfər edəcək

HOLSV6FI0BDiypPKZDw2ZQH6yCgzG3R5yGzviQJN_1200

ABŞ-nin dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək.

Olkemedia.az  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Marko Rubio arasında görüş keçiriləcək.

Tərəflər arasında ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.