Şuşa və Trabzon şəhərləri qardaşlaşdılar

fjyzIHy9LuMfv9dhWl2I3XbrHsQJSgBQM6csgnRD_1200

Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

Olkemedia.az  xəbər verir ki, sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon şəhər bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar.

Qeyd edək ki, Şuşa indiyədək doqquz şəhərlə qardaşlıq, əməkdaşlıq münasibəti qurub. Bugünkü anlaşma memorandumu ilə bu say 10-a çatıb.

Şuşa və Trabzon şəhərləri qardaşlaşdılar - FOTO