BMT rəsmiləri Bakıda iqlim və su məsələlərini müzakirə ediblər

36FECAQBPm8LFmAxszKxgmOndm08Ceb2MCkARbzR_1200

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç BMT baş katibinin su ehtiyatları üzrə xüsusi elçisi Retno Marsudi ilə görüş keçirib.

Olkemedia.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi X sosial şəbəkəsində paylaşım edib.

Görüş Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Retno Marsudinin Azərbaycana səfərinin ilk günü baş tutub.

Müzakirələr zamanı Azərbaycanın beynəlxalq iqlim gündəliyindəki fəaliyyəti, həmçinin dayanıqlı şəhər və su həllərinin inkişafında əməkdaşlığın rolu ətrafında fikir mübadiləsi aparılıb.

BMT rəsmiləri Bakıda iqlim və su məsələlərini müzakirə ediblər