Qusarda Sakinlər köməksiz vəziyyətdə qaldılar

mEzo3jQ1JkTET81CmVcZfoNua3QQcCQ8HHRuAFQH_1200

Qusar rayonu, Yerği kek kəndinin bəzi yerlərində qar örtüyünün hündürlüyü üç metrə çatıb.

Bu barədə  sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, artıq bir neçə gündür ki, yol tam bağlanıb:

“Kənddə üç ailə və 1000-dən çox heyvan köməksiz vəziyyətdə qalıb. Yem ehtiyatı 2-3 gün ərzində bitəcək, tibbi yardım isə ümumiyyətlə mümkün deyil”.

Qeyd edək ki, kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir.