Hərbi Prokurorluğun qarşısında maşın yandı

KrIWorHvTU4EdHGFD5zDryC7PxaqgL1DA0XwPDkB_1200

Paytaxtda Respublika Hərbi Prokurorluğunun qarşısında avtomobil yanıb.

Olkemedia.az Lent.az-a istinadən xəbər verir ki, prokurorluğun inzibati binasının qarşısında “Dodge” markalı avtomobil qəfil alışaraq yanıb.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.