“Oracle” və “Amazon”un data mərkəzlərinə zərbələr endirildi.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən, ABŞ-nin “Oracle” şirkətinə məxsus hesablama mərkəzinə zərbə endirib.
Olkemedia.az xəbər verir ki, bu barədə SEPAH-ın “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirilir.
“Biz ABŞ-nin iki şirkətinin – Dubaydakı “Oracle” və Bəhreyndəki “Amazon”un data mərkəzlərinə zərbələr endirdik. Daha əvvəl xəbərdarlıq etmişdik ki, iranlıların qətlə yetirilməsinə cavab olaraq hərəkətlərimiz terror maşınının sıradan çıxarılmasına yönələcək”, – deyə məlumatda vurğulanıb.
Öz növbəsində, Dubay hökuməti ABŞ-nin “Oracle” şirkətinə məxsus data mərkəzinə zərbə endirilməsi ilə bağlı məlumatı təkzib edib.
“İranın “Oracle” məlumat emalı mərkəzini hədəfə aldığı barədə xəbərlər həqiqətə uyğun deyil”, – deyə açıqlamada bildirilir.