İran amerikalı əsgərləri köpəkbalıqlarına yem etməklə hədələdi

N9ZxeLQE8zxJEeTEqWieZJ7zLBDHiCNo2QRDrlG2_1200

“İranın döyüş bölmələri ABŞ-nin quru əməliyyatının başlamasını gözləyir və onlara layiqli cavab verməyə hazırdır. Amerikalı hərbçilər Fars körfəzinin köpəkbalıqlarına yaxşı yem olacaqlar”.

Olkemedia.az “RIA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu “Xatəm əl-Ənbiya” hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari deyib.

“Trampın yerüstü əməliyyatı və ya İran torpağının hər qarışının işğalı ilə bağlı son təhdidlərinə cavab olaraq bəyan edirik ki, İslamın müdafiəçiləri çoxdan bu cür hərəkətləri gözləyirlər”, – deyə hərbçi bildirib.