Qaxda dava

duuwWZUPmL9xpt5f3XfGM8JbGytor9LEcxuwbYvv_1200

Qax rayonunda dava baş verib.

Olkemedia -nın məlumatına görə, hadisə bu gün saat 19 radələrində Qax şəhərində qeydə alınıb.

Şəhər sakini, 34 yaşlı Adil Abdurəhmanov yaşadığı ünvanda tanışı, 18 yaşlı Rəvan Qadaşova kəsici alətlə xəsarət yetirib. R.Qadaşov isə boşqabla A.Abdurəhmanova xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır. Tərəflərin xəsarətləri ilə bağlı müvafiq ekspertiza təyin olunub.