“Azıx mağarasında arxeoloji tədqiqatlar davam edir”
“Azıx mağarası Qafqazda və ümumilikdə Avrasiyada ən mühüm Paleolit dövrü abidələrindən biri hesab olunur”.
Olkemedia xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, hazırda burada beynəlxalq və yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam etdirilir:
“Bu araşdırmaların neandertal və homosapienslərin fəaliyyətləri, həmçinin onların bölgədə birlikdə yaşaması və ya paralel şəkildə məskunlaşması ehtimalı barədə mühüm elmi nəticələr ortaya cixir