“Biz artıq öz səhvlərimizdən öyrənməyə hazırıq”

ZPBAQ5he2ROhI7PI57ndS13tP9lPpW6JyYeGsixa_1200

“Süni intellekt, kibertəhlükəsizlik və informasiya texnologiyaları ilə ayaqlaşmalıyıq. Amma mənim üçün hökuməti çox statik bir qurum kimi düşünmək doğru deyil. Bu gün ən böyük çətinlik zamanlama tələsidir. Əgər biz çox tez tənzimləmə aparsaq, innovasiyanı boğmaq riski ilə üzləşə bilərik. Əgər çox gözləsək, o zaman artıq idarə edə bilməyəcəyimiz bir çox risklərin ortaya çıxdığını görə bilərik”.

Olkemedia.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev XIII Qlobal Bakı Forumunda “Rəqəmsal Gələcək: Süni İntellekt, İdarəetmə və İnnovasiyanın Etikası” mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib.

Nazir vurğulayıb ki, ona görə də əsas vəzifə hökumətin ən uyğun balans nöqtəsini tapmaqdır:

“Yəni qaydalar bir tərəfdən innovasiyanı inkişaf etdirmək üçün kifayət qədər çevik olmalı, digər tərəfdən isə cəmiyyətimizi, uşaqlarımızı və ümumilikdə insanları qorumaq üçün yetərincə güclü olmalıdır. Bunun yolu isə hökumətin dövri yanaşma ilə işləməsidir: aydın qaydalar müəyyənləşdirmək, onları real şəraitdə sınaqdan keçirmək, edilən səhvlərdən dərs çıxarmaq, və sonra hüquqi və tənzimləyici çərçivəni davamlı şəkildə yeniləmək.