Masallıdakı ağır qəzada ölən Orxanın sürücülük hüququ olmayıb – TƏFƏRRÜAT

LghLQSATi3vMIKK0ONvJ8iUkasoJ6r7ENltT0PyA_600

Masallıda ölümlə nəticələnən ağır qəzanın detalları məlum olub.

Olkemedia  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, hadisəni törədən 21 yaşlı Orxan Zamanovun sürücülük hüququ olmayıb.

Qeyd edək ki, qəza zamanı O.Zamanov hadisə yerində ölüb, avtomobili idarə etməyi ona həvalə edən Kənan Rufullayev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.