İsrail SEPAH-ın ballistik raket kompleksinə zərbələr endirdi – FOTO
İsrail ordusu Tehranda SEPAH-ın ballistik raketlərin tədqiqat və istehsal kompleksinə, eləcə də “Əl-Qüds” qüvvələrinin qərargahına hücum edib.
Olkemedia xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Tehranda İran rejiminin əsas infrastrukturuna bir sıra zərbələr endirib. Zərbələrdən biri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tədqiqat və istehsal kompleksini hədəf alıb. Burada ballistik raketlərin hazırlanması, istehsalı ilə bağlı təcrübələr və sınaqlar aparılıb.
Bundan əlavə, İsrail ordusu “Əl-Qüds” qüvvələrinin qərargahındakı hədəflərə, eləcə də hava hücumundan müdafiə sistemlərinin istehsal sahələrinə zərbələr endirib”, – deyə SAXAL-dan bildirilib.