İran ABŞ və İsrail obyektlərinə superağır raketlərlə zərbələr endirdi

CM0QyeOpRJcLn9tjfL21baHeVS4pTqEp2Ha5v8Nt_1200

İran ABŞ və İsrail obyektlərinə superağır raketlərlə zərbələr endirib.

Olkemediya IRIB telekanalına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Müctəba Xameneiyə həsr olunmuş “Həqiqi vəd – 4″ əməliyyatının 31-ci dalğasında güclü superağır raketlərlə ABŞ-İsrail obyektlərinə zərbələr endirilib”, – deyə məlumatda qeyd edilib.

Zərbələrin hədəfi olan obyektlərin yeri barədə məlumat verilmir.