Azərbaycandan keçməklə Rusiyadan Ermənistana taxıl göndəriləcək

0BqA4Oc1uyavpDLTTFyKN5izxpJ3232c5dPqFydz_1200

Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl yüklü vaqonlar göndəriləcək.

Olkemedia APA-ya istinadən xəbər verir ki, martın 9-da taxıl yüklü 7 vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana yola salınacaq.

Qeyd edək ki, sonuncu dəfə taxıl yüklü qatar fevralın 4-də Azərbaycandan Ermənistana yola salınmışdı.