Məktəbin direktoru şagirdinə təcavüz edilməsi ilə bağlı iddiaya münasibət bildirib
Quba rayonunun Xucbala kənd Zöhrab Əkbərov adına tam orta məktəbinin direktoru adıçəkilən təhsil müəssisəsində birinci sinif şagirdinə təcavüz edilməsi ilə bağlı iddiaya münasibət bildirib.
Məktəbin direktoru Aybala Umudova Oxu.Az-a açıqlamasında bildirib ki, onun hadisəni bilib gizlətməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır:
“Valideyn bizimlə prinsip aparır. Hadisə barədə valideyn ilk olaraq şagirdin sinif rəhbərinə məlumat verib. Sinif rəhbəri də bu barədə mənə məlumat verib. Mən də həmin vaxt dərsdə olduğum üçün sinfi tərk edib çölə çıxmamışam. Çünki dərsim var idi. Mən də ona dedim ki, şagirdlərə tapşırıq verib sonra düşəcəyəm. Hadisə belə olub. Sadəcə dərs bitmədiyi üçün aşağı düşməmişəm. Mən heç nəyi gizlətməmişəm. Hadisə barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə də məlumat vermişəm”.