Xəzərdə nadir balıqları ovlayan brakonyer saxlanıldı

7hjCM5FTLRhdrlqBX9pHiP7Mg0WkKtyBScliW6eL_1200

Xəzər dənizində nadir növdən olan balıqları ovlayan brakonyer saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, ekoloji cinayətlərin qarşısının alınması və ekoloji təhlükəsizliyin təmini, habelə su bioresurslarının mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

“Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Xəzər dənizinin cənub hissəsində qanunsuz balıq ovu ilə məşğul olan N.Həbibzadə saxlanılıb.

Baxış zamanı həmin şəxsdən ovlanması qadağan edilən 172 ədəd müxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb. Faktla bağlı araşdırma aparılır. Su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə bu istiqamətdə nəzarət-profilaktik tədbirlər davam etdirilir”, -deyə məlumatda bildirilir.