ABŞ Məsud Pezeşkian və Abbas Əraqçıya viza verir

KZPxQ9zhCD0xmLvJ5tXjY1b4WGR3l5FMHyjTuCuR_1200


ABŞ hökuməti gələn həftə keçiriləcək BMT Baş Assambleyasında iştirak etmək məqsədilə aralarında Prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçının da olduğu İran nümayəndə heyətinin üzvlərinə viza təqdim edəcək.

Olkemedia.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

“Pezeşkian və Əraqçı ABŞ vizası alacaq nümayəndə heyətinin tərkibindədirlər”, – deyə telekanalı məlumatlandıran mənbə bildirib.

ABŞ Dövlət Departamentindən bildirilib ki, BMT tədbirlərinə qatılmaq üçün vizaları yalnız İranın əsas nümayəndə heyətinin üzvləri əldə edəcəklər. Bununla yanaşı, İranın Baş Assambleyadakı nümayəndə heyətinin sayı ötən illə müqayisədə daha az olacaq.