Kanadada Azərbaycan bayrağı dalğalandırılıb

Kanadanın paytaxtı Ottava şəhərində Azərbaycan bayrağı dalğalandırılıb.
Olkemedia.az xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Kanadadakı səfirliyinin “X” sosial şəbəkə hesabında yer alıb.
“Ottavada bayraqqaldırma mərasimi keçirilib”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, mərasim Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar təşkil olunub.