Ağsuda DƏHŞƏTLİ QƏZA: Ölənlər və xəsarət alanlar var

37MFHmeqUQWkv7emdtcq041wfhqvOEqB3dv1x47E_1200

Ağsuda baş verən dəhşətli qəzada xəsarət alanların vəziyyətləri ağırdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, mayın 26-da saat 03:20-də Ağsu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

2005-ci və 2006-cı il təvəllüdlü şəxslərə baş beyinin silkələnməsi və baş nahiyəsinin açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı daha 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.