Buxarestdə Azərbaycanın mədəniyyət nümunələri nümayiş etdirilib

3gaSCqgXhO3QTDtvZxa76WG8OvJqBTIyL6XJyj4m_1200

Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan və Buxarestdəki Amerika Məktəbinin ev sahibliyi etdiyi tədbirdə Azərbaycanın mədəniyyət nümunələri nümayiş etdirilib.

Olkemedia.az  xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Ziyarətçilər Azərbaycanın zəngin ənənəvi mətbəxini, məşhur çay mədəniyyətimizi və milli masa oyunlarını nümayiş etdirən interaktiv stendlə tanış olmuşlar”, – paylaşımda qeyd olunub.