ADY Dərnəgül istiqaməti üzrə gediş haqlarını açıqladı

F9fLkCvONQzyMZEievGpo5jCUYWf59MosvWgTT81_1200

“Bakı-Xırdalan-Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib”.

Olkemedia.az  xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.

ADY Dərnəgül istiqaməti üzrə gediş haqlarını açıqladı - FOTO

O bildirib ki, dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb:

“Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb”.