İspaniya La Liqası: “Real Madrid” qələbəni son dəqiqələrdə əldən verdi

dhMTvgaeSwhNU9FT1oC5ttPKJ2ch2AKh7ULCOpsS_1200

İspaniya La Liqasının 32-ci turunda “Real Madrid” səfərdə “Real Betis”lə 1:1 hesablı heç-heçə edib.

Olkemedia.az  xəbər verir ki, qarşılaşma Sevilyadakı “La Kartuxa” stadionunda baş tutub.

Matçda hesabı 17-ci dəqiqədə Vinisius Junior açıb. Lakin görüşün 90+4-cü dəqiqəsində Ektor Belyerin bərabərlik qolunu vuraraq “Betis”ə bir xalı qazandırıb.

32 turdan sonra “Real Madrid” 74 xalla 2-ci, “Betis” isə 50 xalla 5-ci pillədə qərarlaşıb.