İrandan hərəkət edən yük gəmisi Oman körfəzində atəşə tutuldu
İrandan hərəkət edən yük gəmisi Oman körfəzi sularında atəşə məruz qalaraq dayandırılıb.
Olkemedia.az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) yayıb.
“UKMTO İrandan 8 dəniz mili qərbdə baş verən hadisə ilə bağlı məlumat əldə edib. Limandan çıxan gəminin kapitanı atəş açıldığını və hazırda gəminin dayandığını bildirir. Heyət üzvlərinin təhlükəsizlikdə olduğu qeyd edilir. Gəmiyə hər hansı ziyan dəydiyi barədə məlumat daxil olmayıb”, – deyə qurumun açıqlamasında vurğulanır.