ABŞ İrana qarşı sanksiyaları genişləndirib

14yOOw9r4G4Voiz2dwcxSUZch9dN0CLe27U2IbJQ_1200

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirib.

Olkemedia.az  TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında deyilir.

Siyahıya səkkiz İran vətəndaşı, həmçinin bu ölkədən, BƏƏ və Türkiyədən olan dörd şirkət daxil edilib.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyinin “qara siyahısı”na İranın “Mahan Air” aviaşirkətinə məxsus iki ədəd “Boeing 777-200ER” təyyarəsi əlavə olunub.